Ukrayna hərbi kəşfiyyatında əmindirlər ki, rusiyalı diktator Vladimir Putin xərçəng xəstəsidir.
Kəşfiyyat rəisi Kirill Budanov ACB Nyus kanalına müsahibəsində Kreml diktatorunun tezliklə, həm də müharibə qurtarana qədər öləcəyinə əmin olduğunu bildirib («UNİAN»).
«Əlbəttə, o, uzun müddətdir ki, xəstədir» - Budanov jurnalisitin «o, xəstədirmi» sualına cavabında bəyan edib.
Putinin xəstəliyi barədə danışarkən, kəşfiyyatçı deyib ki, o, xərçəngdir: «Biz, sadəcə bunu bilirik - adamlardan, mənbələrdən, diktatorun yaxın ətrafından».
Jurnalistin «o, nə vaxt öləcək» dəqiqləşdirici sualına isə o cavab verib: «Mən düşünürəm ki, çox tezliklə. Mən, ümid edirəm».
AzPolitika.info