Xankəndidə “döyüş” qızışır:Araik Arutyunyan Vitali Balasanyanla təkbətək qaldı

8-01-2023, 11:39   


Xankəndidə “döyüş” qızışır:Araik Arutyunyan Vitali Balasanyanla təkbətək qaldı


Xankəndidəki separatçı rejimin rəhbərliyində ciddi dəyişikliklər başlayıb.  

Cebhe.info xəbər verir ki, bu barədə separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan öz “Telegram” kanalında yazıb.

“Rəhbərlikdə ciddi dəyişikliklər başlayıb. “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan istefa verib. Yeni zaman hakimiyyətin birləşdirilməsini tələb edir. Hökumətlə paralel olaraq “Təhlükəsizlik Şurası”nın formatı özünü doğrultmadı”.

Qeyd edək ki, dünən Vitali Balasanyan “Təhlükəsizlik Şurasının katibi” vəzifəsindən azad edilib, onun yerinə Ararat Melkumyan təyin edilib.

Bu, separatçı rejimin daxilində kəskin fikir ayrılığı və parçalanmanın olduğunu göstərir. Araik Arutyunyan, Vitali Balasanyan və Ruben Vardanyan arasındakı fikir ayrılığı  ikincinin “yola salınması” ilə nəticələndi. İndi mübarizə Arutyunyan və Vardayan arasında gedəcək. Bu məsələdə rəsmi İrəvandan daha çox, Rusiyanın tutacağı mövqe təsirli olacaq. Hələlik rəsmi Rusiyanın dəstəyi daha çox Ruben Vardanyana olub. 

Artıq azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolunda bir aya yaxın müddətdə keçirdiyi dinc aksiyanın əks-sədası Xankəndidə  separatçı rejimin ən yuxarı eşalonunda eşidilməyə başlayıb.

Xəzər
Cebhe.info

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.