Ermənistanda bazar günü parlamentdənkənar Milli Demokratik Qütb bloku Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Ermənistanda “Dağlıq Qarabağ”, Azərbaycanda isə “Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri” adlandırdılan bölgənin, iddia etdikləri kimi “davam edən blokadasına” etiraz bildiriblər.
Aksiya iştirakçıları Laçın yolunda yaranmış vəziyyətə görə o cümlədən, Rusiya sülməramlı kontingetini də (RSK) günahlandırıblar.
Aksiyaçılar RSK-dan Laçın yoluyla bağlı “öhdəliklərini yerinə yetirməyi” tələb ediblər.
Azərbaycan Laçın yolunun “açıq” olduğunu deyir. Şuşa-Xankəndi yolunda RSK postu yaxınlığında Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin aksiyası dekabrın 12-də başlayıb. Azərbaycanlı fəallar RSK-nın məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmasını tələb edirlər.
Gümrüdəki etirazçılar əllərində “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Artsaxa beynəlxalq sülhməramlılar”, “Rusiya-Türkiyə işğalına - yox” yazılı plakatlar tutublar.
Bazar günü keçirilmiş aksiyanın iştirakçıları həmçinin bəyan ediblər ki, Ermənistan KTMT-dən çıxmalı və “Rusiya işğalına” “yox” deməlidir.
Ermənistan polisi etirazçıların Rusiya hərbi bazasına yaxınlaşmasına imkan verməyib. Polis aksiya iştirakçılarına “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarını pozduqları ilə bağlı xəbərdarlıq edib.
Ermənistan Polisinin mətbuat xidmətinin məlumatına görə, aksiya zamanı “65 nəfər saxlanılıb.”
BBC.com