Ukraynada şaxtalar başladı. Bu, hərbi əməliyyatların gedişinə necə təsir edəcək?

9-01-2023, 10:47   


Ukrayna soyuqlar şaxta ukraynada şaxta hərbi əməliyyatların gedişinə necə təsir göstərəcək

ŞƏKLİN MƏNBƏYİ,UKRAYNA BAŞ QƏRARGAHI

Şəklin alt yazısı,

Həm Ukrayna, həm də Rusiya orduları şaxta şəraitində müharibəyə hazırlaşıblar.


Kifayət qədər isti dekabrdan sonra Ukraynaya yanvar şaxtaları gəlib.

Hərbi analitiklər xəbərdarlıq ediblər ki, məhz bu cür hava qış hücumlarına şərait yaradır.

Bəs, Rusiya-Ukrayna qoşunları donmuş ərazilərdə hücuma keçəcəkmi? Noyabrın 11-də Xerson vilayətinin sağ sahili azad edildikdən sonra Ukraynada cəbhə xətti praktiki olaraq donub.

Cənubda qarşı tərəflərin qoşunlarını Dnepr ayırır və Zaporojye istiqamətində artilleriya duelləri davam edir. Ən şiddətli döyüşlər Donetsk və Luhansk vilayətlərində davam edir.

Rusiya qüvvələri, xüsusən də Vaqner silahlı qruplaşması Baxmut və Soledar yaxınlığında irəliləyir, lakin Ukrayna hakimiyyəti bu hücumların uğurlu olmadığını israr edir.

Eyni zamanda, Ukrayna silahlı qüvvələri Luhansk vilayətinin strateji əhəmiyyətli Svatovo və Kremennaya şəhərlərinə yaxınlaşıb. Hər iki tərəfdən zirehli texnikanın sürətli irəliləyişi bölgədə qış üçün xarakterik olan rütubətli və yumşaq torpaq səbəbilə dayanıb.

Lakin bazar günü - yanvarın 8-dən Ukraynanın şərqində şiddətli şaxtalar hökm sürür.

Artıq bazar ertəsi Ukrayna hidrometeorologiya mərkəzi gecə saatlarında Baxmut yaxınlığında temperaturun mənfi 15 dərəcəyə, Svatovo yaxınlığında isə mənfi 14 dərəcəyə qədər düşməsini proqnozlaşdırır.

Bu, müharibənin sonrakı gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Qış taktikası

1993-cü ildə ABŞ Ordusunun Mühəndislər Korpusu qışda quru qoşunlarının döyüş xüsusiyyətlərini ətraflı təsvir edən bir kitab nəşr edib.

Ukraynada şaxtalar Rusiya Ukrayna Rusiya-Ukrayna müharibəsi Rusiya-Ukrayna münaqişəsi Rusiyanın Ukraynada apardığı "xüsusi hərbi əməliyyatlar" Vladimir Putin

ŞƏKLİN MƏNBƏYİ,EPA

Onun müəllifi George Svintsov Rusiyada anadan olub və İkinci Dünya müharibəsi zamanı ABŞ-a köçüb.

Müxbirimiz Pavel Aksyonovun bu yaxınlarda dediyi kimi, məşhur fikrə görə, qışda hərbi əməliyyatların aktivliyi səngiyir.

Bununla belə, George Svintsovun yazdığı kimi, qış cəbhədə hər iki tərəfi çətinləşdirdiyinə görə, kimin ordusu daha hazırlıqlıdırsa, kim özünü daha inamlı hiss edəcəksə ondan yararlanmalıdır. Kitabda deyilir: "Əraziyə nəzarət etmək sabitlik deməkdir.

Qışda bu, hərəkətsizlik deməkdir. Qışda isə hərəkətsizlik gecikdirilmiş məğlubiyyətdir ki, bu zaman ərazi öz strateji dəyərini itirir". Belə bir vəziyyətdə yeganə məhsuldar yanaşma, onun sözlərinə görə, ərazinin müəyyən hissəsini itirmək qorxusu olmadan mümkün qədər çevik hərəkət etməkdir. "Çeviklik amili həm müdafiədə, həm də hücumda vacibdir.

Hücum edə, düşmən cinahını vura, düşmənin silah, sursat və texnikasını ələ keçirə və dərhal istifadə edə bilərsiniz - bunlar hamısı vacib hiylələrdir. Bu, uğura gətirib çıxarır " o yazır.

Eyni zamanda, Svintsovun fikrincə, qış hücumu beş-altı qat üstünlüyü olan canlı qüvvə ilə mümkündür. Əgər güc balansında belə bir üstünlük böyük ərazidə yoxdursa, o, yerlərdə olaraq yaradılmalıdır.

Hücum vaxtıdır?

"Biz hərbi əməliyyatların intensivləşməsini gözləyirik. Gecə şaxtalar -17-yə çatdı, ağır texnikamız nəhayət ki, daha sürətlə irəliləyə biləcək", - Luhansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday yanvarın 8-də bildirib.

Baxmut bahmut

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Eyni zamanda o qeyd edib ki, həm Ukrayna, həm də Rusiya tərəfi şaxtalı havadan yararlana bilər.

Qaydanın sözlərinə görə görə, indi rus ordusuöz güclərini Bahmutdan Kremennaya istiqamətinə köçürür.

Ukrayna silahlı qüvvələri artıq bu şəhərin beş kilometrliyində döyüşür və işğal altındakı Severodonetsk və Svatovo ilə təchizat xətlərini kəsməyə çalışır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də rusların mümkün hücum hazırlığı barədə məlumat yayıb.

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Vadim Skibitski -Ukrayna kəşfiyyatı rəhbərinin müavini bildirib ki, aşağı temperatur fonunda Rusiya Ukraynanın enerji infrastrukturuna yeni raket hücumu hazırlayır və həmçinin ölkənin şərqindəki ərazilərdə hücuma cəhd edəcək.

"Biz Donetsk bölgəsində təzyiqi artırıldığını görürük...Yəqin ki, onlar Zaporojye bölgəsinə qarşı yeni hücuma keçəcəklər" Skibitski deyib və əlavə edib ki, - "onlar bizim Xarkova əks-hücumumuzu dayandırmağa çalışacaqlar".

Ukrayna Prezidentinin ofisinin müşaviri Aleksey Arestoviç əmindir ki, ilk hücum əməliyyatını məhz belə Rusiya başlayacaq.

Onun YouTube-da bir verilişə müsahibəsindəki açıqlamasına görə, Ukrayna yaxın vaxtlarda hücum üçün lazımi qüvvə və vasitə toplaya bilməyib. Arestoviç rusların Xarkov və Zaporojye istiqamətlərində hücum cəhdlərinin olacağını proqnozlaşdırır.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.