Rusiyadan qaçaraq, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərinə sığınan milyarder Ruben Vardanyanın bəzi imkanlı şəxsləri tətilə getməsi və bunun erməni icmasına pis təsir etməsi barədə müraciəti haqda məlumat vermişdik.
Axar.az xəbər verir ki, Caliber.az saytı Vardanyanın məhz kimlərə işarə etməsini aydınlaşdırıb.
Məlum olub ki, Vardanyan 1934-cü ildə Bakıda anadan olan, 1989-1991-ci illərdə keçmiş SSRİ-nin geologiya naziri işləmiş Qriqori Qabrielyantsı nəzərdə tutur.
“Bir neçə gün öncə Rusiya sülhməramlıları Qarielyantsın təcili olararaq Xankəndidən təxliyəsi ilə bağlı Azərbaycan tərəfinə müraciət etmişdilər. Sülhməramlılar helikopterdə Qabrielyantsla birlikdə koronavirusa yoluxmuş iki rus hərbçisinin də uçacağını bildiriblər. Lakin əldə etdiyimiz məlumata görə, 88 yaşlı Qabrielyants hava limanına özü gəlib və kifayət qədər də gümrah olub. Həyat yoldaşı da onu müşayiət edib. Bizdə olan məlumatlara görə, keçmiş-nazirin əlində pulla dolu qara çamadan olub. Belə çıxır ki, Qabrielyants üçün sülhməramlıların köməyi ilə VİP tur təşkil olunub. Daha doğrusu, Xankəndidən Rusiya ordusunun Erebunidəki hərbi bazasına qaçış. Koronavirusa yoluxmuş iki rus hərbçisi isə Xocalı aeroportunda olmayıb”, - məlumatda qeyd olunub.