"Ermənistan və Azərbaycan başçılarının dünənki çıxışları təsdiq etdi ki, "artsax" üçün yeganə seçim döyüşməkdir".
Turkustan.az xəbər verir ki, bu sözləri Qarabağdakı separatçıların yeni "lideri" Ruban Vardanyan Teleqram kanalında yazıb.
Vardanyan bildirib ki, "Ermənistan və Azərbaycan liderlərinin dünənki çıxışları təsdiq etdi ki, Artsax üçün yeganə mümkün seçim mübarizədir. Biz öz gücümüzə arxalanaraq mübarizə aparmalıyıq. Biz beynəlxalq ictimaiyyəti "artsaxı" məhv olmaqdan və ələ keçməkdən qoruyaraq onun yanında dayanmağa çağırırıq”.