RUSİYA PREZİDENTİ OLMAĞA DAHA BİR İDDİAÇI ORTAYA ÇIXDI - “Soledarı zəbt edə bilsə, Putin ona yarım milyonluq ordu verəcək”

13-01-2023, 11:07   



Ukraynanın Donetsk vilayətinin Baxmut və Soledar şəhərləri uğrunda gərigin döyüşlər gedir. Bu kiçik yaşayış məntəqləri uğrunda döyüşləri əsasən Rusiya Prezidentinin aşbazı kimi tanınan Yevgeni Priqojinin bir neçə il öncə yaratdığı, son zamanlar isə sıralarını dustaqlıqdan şərti azadlığa buraxılanlarla dolduran “Vaqner” özəl hərbi birləşməsi aparır.

Soledarın ələ keçirildiyini iddia edən “Vaqner”-in rəhbəri bu işdə Rusiya ordusunun heç bir rolu olmadığını bildirib. Bu bəyanatı ilə Priqojin demək istəyir ki, ey fərsizlər, siz mənim qələbəmə şərik çıxmayın. Priqojinin Rusiya silahlı qüvvələri rəhbərliyinə qarşı yönəlmiş sərt sözləri ondan xəbər verir ki, ixtiyarına böyük silah və canlı qüvvə verilmiş bu adam özünü daha üstün və güclü sayır.

Ekspertlər hesab edirlər ki, on minlərlə əsgər itkisi bahasına başa gələn kiçik şəhərlərin alınması Putinin “Vaqner” rəhbərinə daha böyük səlahiyyətlər verməsinə və hətta Priqojinin özünün Prezident olmağa can atmasına gətirib çıxara bilər. Bu, bir qədər qeyri-real görünsə də, bu ehtimalı ciddiyə alanlar da artıq kifayət qədər çoxalıb.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” internet potalı “Priqojin Rusiya Prezidenti olmağa cəhd göstərir” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur. Həmin məqaləni təqdim edirik: “Bilirsinizmi ki, “Vaqner” silahlı qrupu gün ərzində 100-200 metr irəliləyərək Soledar və Baxmutda möhkəmlənmək üçün istənilən hücumda minlərlə adamını qurban verir. Bu, kənardan tamamilə ağılsızlıq kmi görünə bilər, lakin ancaq orada özünəməxsus bir sistem var.

Gəlin, aşağıdakı nəzəriyyəni gözdən keçirək. Əgər indi “Vaqner” qrupu hətta on minlərlə adam itirərək, Ukraynanın müdafiə xəttini (dəhşətli şaxtada bütün cəbhənin ən möhkəmləndirilmiş yerlərindən birində) yara bilsə, o zaman Kreml öz aləmində bu cür döyüş taktikasının effektliyini sübut edəcək və bu taktikanı nəzərə alaraq, ümumi nəticə kimi daha geniş miqyaslı əməliyyata yaşıl işıq yandıracaq.

Belə ki, Priqojin Putinin yanına gəlib deyə bilər: ”Mənim ixtiyarımda 70 min süngü və öz gücümə inam vardı. Mənim əlehyimə olan ümumi əminliyə görə, Baxmutu götümək mümükün deyildi. Mən bunu etdim. Əgər mənim 500 min əsgərim olarsa, o zaman onların 300 mini öləcək, amma Kiyevi götürəcəm”.

Zaman keçdikcə aydın olur ki, əslində Soledar və Baxmut “Vaqner”ə məhz bunun üçün lazımdır. Qərb KİV-lərinin yazdığı kimi, məsələ heç də oradakı duz mədənlərilə bağlı deyil. Elə hansısa xüsusi strateji mühümlük də rol oynamır(bu, tamamilə nisbidir). Əsas məsələ Priqojinin praktikada öz məharətini subut eməsilə əlaqədardır.

Siz bilirsinizmi ki, əgər o, heç olmazsa Soledrı zəbt edə bilsə, Putin ona yarım milyonluq ordu verəcək. Bundan başqa, o, Priqojini qeyri-rəsmi olaraq Baş Qərargah rəisi edə bilər və onun ixtiyarına nəinki Müdafiə Nazirliyinin, eyni zamanda bütün Rusiya Federasiyasının resurslarını həvalə edə bilər.

Amma Putin bu addımı heç də kefindən atmayacaq. Problem ondadır ki, bu müharibədə heç bir general müsbət nəticə nümayiş etdirməyib. Nə Gerasimov, nə Şoyqu, nə Surovikin, nə “Rosqvardiya”, nə də ki, Kadırov. Heç kim. Rəsmi güc strukturları tam uğursuzluq göstəriblər.

Əgər bu şərtlər daxilində kənardan ortaya çıxan Priqojin lazımi nəticə təqdim etsə, Putin ona etibar etmək məcburiyyətindədir, çünki onun sadəcə, başqa varintları qalmır. Geriyə çəkilmə və məğlubiyyət onun üçün qətiyyən qəbulolunmazdır. Geriyə yol artıq yoxdur və heç olmayacaq da.

Uduzulmuş müharibə onun üçün hakimiyyətin itirilməsi, həbs və hətta eşafotdur. Onu Qəddafinin taleyi də gözləyir. Ona görə də müəyyən anda hətta “naməlum” qələbə planı da onun üçün real görünə bilər və belə olan halda küncə sıxışdırılmış Rusiya rəhbəri bu plana tam dəstək verəcək.


Əlbəttə, burada onu böyük siyasi risklər də gözləyir. Ölkənin güc strukturları, hərbi güc kimi “şir payını” hədsiz amansız və ictimai həyatın dibindən gəlmiş hakimiyyət hərisi olan bir insana vermək çox pis nəticələrə gətirib çıxaracaq təhlükəli gedişdir. Çarəsiz zamanlar çarəsiz qərarlar tələb edir. Onu da deyək ki, Putin hesab edir ki, Priqojinin ölkədəki mənfi reputasiyası “Vaqner” qruplaşmasına ölkədə çevriliş etmək imkanı verməz, çünki elita səfərbər olub hakimiyyətin ələ keçirilməsinin qarşısnı alacaq.

Ancaq belə bir çevriliş tamamilə mümkündür. Hazırda ”Vaqner” və Priqojin sürətlə hərbi legitimlik qazanırlar. “Vaqnerçilər” hələ ki, baş tutmayan Baxmut və Soledar qələbəsini yalnız öz nailiyyətləri sayırlar və deyirlər ki, Rusiya Federasiyasının rəsmi strukturlarının və institutlarının bu işdə heç bir əməyi yoxdur.

Əgər bu cür qələbə baş tutarsa(əlbəttə ki, bu, fakt deyil) onda Rusiya əsgərlərinin Priqojinə olan rəğbəti onların Putinə və hətta öz ölkələrinə olan rəğbətindən də üstdə dura bilər.

Burada bir məsələyə diqqət yetirmək lazımdır. Kütlənin şüurunda legitimlik keçidi çox zaman hiss edilmədən və sürətlə baş verir. Amma bu keçidin nəticələri hamıya dərhal aydın olur. Hamı möcüzəli şəkildə eyni anda anlayır ki, səhər tezdən hələ qüdrətli görünən hökmdar axşama yaxın heç kimə çevrilir, amma onun etibarlı nökəri qəfildən bütün hakimiyyət məkanını doldurur. Belə olan təqdirdə hər hansı formal hərbi çevrilişə ehtiyac qalmayacaq. Sadəcə, hamı ölkədə yeni hökmdarın peyda olması faktı ilə barışacaq.

Görünür ki, Putin Priqojinə nəinki qoşun, həm də uğurlu hərbi lider olmaq hüququ verməklə öz əlləri ilə tarixi məhz bu istiqamətə doğru itələyir.

Bəs, bütün bunlar Ukrayna üçün nə anlama gəlir?

Belə hesab etmək lazımdır ki, Priqojin və onun adamları mümkün olan hər şeyi edəcəklər, onlar yaxın gələcəkdə Soledar və Baxmutu alamaq üçün böyük sayda texnika və insan qurban vercəklər. Əgər istədikləri alınsa, onlar dərhal Kramatorsk və Slavyanska yürüməyəcəklər, əksinə, bütün enerjilərini Kiyevin zəbt edilməsinə və ya mühasirəyə alınmasına yönəldəcəklər. Belarusdan böyük ordu ilə Kiyevə hücum planlayacaqlar.

İkinci variant da var: Priqojin öz komandanlığı altına yarım milyon əsgər və zabit alandan sonra Rusiya Prezidenti olmağa çalışacaq. Müharibənin gedişində heç bir uğur əldə edə bilməyən, əvəzində isə çox şey itirən adam öz hakimiyyətini saxlaya bilməz. Bu varianta görə, Rusiyada vətəndaş müharibəsi başlayacaq.

Sadalanan ssenarilər yəqin ki, indiki müharibənin bitməsi və hansısa diplomatik proseslərin işə salınması ilə yekunlaşacaq”.

V. Nəsibov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.