Ratqarsk Universitetinin (ABŞ) siyasi elmlər professoru Aleksandr Motıl hesab edir ki, Rusiya artıq Ukraynaya qarşı başlatdığı müharibəni uda bilməz. Rusiya ordusunun məğlubiyyətinin nəticəsi Rusiya Federasiyasının iki hissəyə bölünməsi ola bilər - vətəndaş müharibəsi və ya hətta təcavüzkar ölkənin müxtəlif hissələri arasında müharibə.
«TON»-a müsahibəsində Motıl danışıb ki, hələ 2022-ci ilin fevralında heç kim təsəvvür edə bilməzdi ki, Rusiya ümumiyyətlə, mövcudluğunu itirə bilər. O zaman hamın inanırdı ki, bu müharibədə qələbə Rusiyanın olacaq, Ukraynanın qələbəsini isə heç kim təsəvvür etmirdi («UNİAN»).
«Son 11 ayda isə biz gördük ki, hər şey əksinədir. Rusiya artıq qələbə çalmaq iqtidarında deyil. Onun mütləq qələbəsi yəqin, olmayacaq. Ukrayna qalib gələ bilər. Hələ açıq sual var - qalib gəcəcəkmi? Amma ən azı ümid var ki, belə də olacaq. Ona görə də Rusiyanın görüşləri tamamilə dəyişib. Üstəlik, Ukraynanınkı da. Rusiya məğlubedilməz supergücdən çox məğlubolunan tərəfə çevrilib. O, artıq dünyada ikinci və yaxşı ordu deyil. Bu nisbət tamamilə dəyişib - siyasətçilərin, alimlərin, analitiklərin və s. Qərbə yönəlik münasibəti də. İndi insanlar fikirləşirlər ki, Rusiya məğlub ola bilər» - Motıl qeyd edib.
Professor bir neçə ssenari təsvir edib ki, onlara görə, Rusiya Federasiyasının daxilində müharibədəki məğlubiyyətdən sonra hadisələr inkişaf edə bilər. «Rusiya hissələrə parçalana bilər, orada vətəndaş müharibəsi və ya ümumiyətlə, Rusiyanın müxtəlif hissələri arasında müharibə başlaya bilər. Şəxsən mən, əminəm ki, bu, nəinki mümkündür və hətta reallığa çox uyğundur. Bu, artıq sadəcə, fantaziya deyil ki, müəyyən şərtlər daxilində baş verə bilər, hər gün o, daha real olur» - o, davam edib.
Rusiyalı diktator Vladimir Putin, Motılın fikrincə, öz hakimiyyəti uğrunda son saniyəyə qədər dirəniş göstərəcək.
«Gördüyümüz və bildiyimiz kimi, Ukraynadakı müharibədə o, hər şeyi qurban verməyə (hətta rus xalqının özünü də!) hazırdır ki, hakimiyyətdə qalsın. Yeri gəlmişkən, o, artıq bunu edir. Odur ki, burada müxtəlif variantlar var və onlar hamı üçün arzuolunan ola bilməz, nəinki yalnız rusiyalılar, ukraynalılar üçün, hətta Amerika və bütün dünya üçün, ona görə, gərəkdir ki, bu barədə düşünülsün və hansı formadasa hazırlıq görülsün» - o, danışıb.
AzPolitika.info