Qərbi Azərbaycan icmasının elan edilməsi gecikmiş, lakin zəruri addım

16-01-2023, 09:45   




1989-cu ildən fəlaiyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyətinin balansında yaradılmış Qərbi Azərbaycan İcması son günlər aktiv fəaliyyətə keçib. Yanvarın 12-də İcmanın Ermənistan hökumətinə və beynəlxalq təşkilatlara etdiyi müraciət də bunu deməyə əsas verir.  Təbii ki, İcmanın Azərbaycan hökuməti tərəfindən dəstəkləndiyi də şübhə doğurmur. Dekabrın 24-də prezident İlham Əliyevin İcma üzvləri ilə görüşündə bu dəstək tam açıqlığı ilə hiss olunurdu. Yeri gəlmişkən, son vaxtlar Qərbi Azərbaycan və qərbi azərbaycanlılar ifadələri prezident və hakimiyyət nümayəndələrinin leksikonundan tez-tez eşidilir. Məsələn, prezident İlham Əliyevin yerli televiziya kanalarına verdiyi son müsahibədə də bu məsələyə toxunulub. Prezident deyib ki, “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”

Bu siyasətin indi gündəmə gətirilməsi xeyli maraq və suallar doğurur. Bütün bu suallarla bağlı əslən Qərbi Azərbaycandan olan tədqiqatçı alim Yasəmən Qaraqoyunlu ASTNA-ya danışıb.Details

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.