Ukrayna ordusunun 2022-ci il fevralın 24-dən əvvəlki sərhəd xətlərini azad ediləcəyi ilə bağlı proqnozum iki səbəbdən özünü doğrultmadı. Birincisi, Ukrayna Silahlı Qüvvələrinə ATACMS verilmədi, ikincisi isə Rusiya komandanlığı işğal üçün ordusunda böyük sayda qurban verdi.
Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.
“Açığı, mən çox optimist idim, çünki ATACMS-ı Kiyevə verəcəyimizi düşünürdüm. Həm də Rusiyanın Baxmutda və onun ətrafında qurban verməyə hazır olduğu qüvvələrin sayını proqnozlaşdırmırdım. Bəs Qərb Ukraynanı lazım olan texnika ilə təmin edirmi ki, o, Rusiyanın logistikasına, komandanlığına və nəzarətinə hücumu davam etdirə bilsin?", - o bildirib.
Daha sonra Hoces Krım barədə danışıb. Onun sözlərinə görə, yarımadaya iki marşrut - Kerç körpüsü və quru dəhlizi var. Birincisi qismən zədələnib, ikincisi isə Ukrayna Silahlı Qüvvələrinin təzyiqi altındadır.
O hesab edir ki, Ukrayna yaxın aylar ərzində Krımı azad edəcək və Qərb bunun üçün bütün lazımi vəsaiti təmin etməlidir:
“Əgər 90 kilometr məsafə qət edən HİMARS raketi olan GMLRS-ı Ukraynaya verməsək, Kreml üçün sığınacaq yaratmış olarıq. Rusiya cəza almadan Krımdan, Rusiyadan və Belarusdan Ukraynaya atəş açır. Bu isə günahsız ukraynalı mülki şəxslərin öldürülməsinə gətirib çıxarır. Ona görə də biz onları (Ukraynaya - red.) daha uzaqmənzilli silah sistemləri və Krım yarımadasındakı hər şeyi vura biləcək ATACMS-la təmin etməliyik".