Xəbər verdiyimiz kimi, Qarabağda kök salan separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın vəzifəsindən çıxarılması ilə bağlı erməni Telegram kanalları bir neçə gündür informasiya tirajlayırlar.
Dünən isə Vardanyanın “postundan” uzaqlaşdırılmasına görə qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclası keçirilib. Gecə saatlarında “O, öz “postunda” qalacaq” cümləsi ilə mövzuya son qoyulub.
Anaxeber.info iqtidaryönlü Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, əslində isə Vardanyanın qarşısında baş nazir Nikol Paşinyan şərt qoyub.
Belə ki, ona bundan sonra siyasi bəyanatlar verməməklə bağlı tapşırıq verilib.
Paşinyanın bu “mesajını” ona dünənki iclasda Arayik Arutyunyan çatdırıb. /bizim.media/az/