“Rusiya-Ukrayna müharibəsinin qalibi üçüncü tərəf olacaq” - Politoloq

16-01-2023, 15:29   


“Bütün müharibələr kimi Ukrayna ilə Rusiya arasındakı müharibə də bitəcək. Ancaq hələ ki, bu barədə dəqiq proqnoz vermək çətindir. Ola bilər ki, hələ bir müddət də davam etsin”.




Bunu Bakupost.az -a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloqun fikrincə, Rusiya bu müharibədə taktiki cəhətdən müəyyən məsələlərdə istədiyinə nail olub, strateji baxımdan isə bunu demək çox çətindir:

“Deyrilər ki, günü-gündən Rusiyanın cəbhədə hərbi gücü azalır, zəifləyir. Amma biz cəbhədəki duruma baxanda bunu görmürük. Ola bilsin ki, belədir, amma real müşahidə başqa mənzərəni göstərir. Qərb mediası Rusiyanın çökməyə başladığını deyir. Amma reallıq göstərir ki, Rusiya indiyədək çökməyib. Düzdür, sanksiyalar var, amma bu məhdudiyyətlər Rusiya cəmiyyəti üçün o qədər də təsirli deyil. Avropaya gəldikdə, avropalılar uzun illərdir stabil vəziyyətdə yaşayırdılar, böhranlarla üzləşmirdilər, indi durum fərqlidir. Rusiya isə böhranlara, inflyasiyalara öyrəşib. Kəskin inflyasiya, enerji böhranı, bir çox investisiya layihələrinin dayandırılması və sair müasir Avropa üçün yeni şeylərdir. Bunlar artıq Avropanın reallıqlarıdır. Əgər Rusiya bunu istəyirdisə, buna müəyyən qədər nail olub”.

Politoloqun dediyinə görə, Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği milyardlarla dollarla ölçülür. Bundan sonra Ukraynaya 10 ildən artıq vaxt lazımdır ki, bu ziyanı aradan qaldırsın. Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində ölkə iqtisadiyyatına zərər dəyib. Bu zərəri də aradan qaldırmaq xeyli zaman alacaq. Odur ki, bu müharibədə qələbə qazanan, uduzan tərəf yoxdur:

“Rusiya-Ukrayna müharibəsində udan üçüncü tərəf olacaq. Belə irimiqyaslı müharibələri əsasən, prosesə kənardan müdaxilə edənlər udur. Bir sözlə, bu müharibədə udan tərəf nə Ukrayna nə də Rusiya olacaq. Hansı tərəfin bu müharibəni udub-uduzmasından asılı olmayaraq, üçüncü tərəf - ABŞ bu müharibədən karlı çıxacaq”.

Sevinc
BakuPost
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.