Son vaxtlar biletlərin bahalığı ilə bağlı davamlı tənqid olunan “Azərbaycan Hava Yolları” QSC bu dəfə də maraqlı bir məqamla gündəmə gəlib.
Belə ki, bugünlərdə AZAL-ın prezidenti Cahangir Əsgərovun möhürünün əlindən alınması ilə bağlı mediada məlumat yayılıb.
Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası yaradıldıqdan, AZAL rəhbəri Cahangir Əsgərovun bir çox səlahiyyəti əlindən alındıqdan sonra, möhürü də ondan götürülüb.
Həmçinin qeyd edilir ki, əgər belə olmasaydı AZAL prezidenti hava yolları əməkdaşlarının iş saatlarında maskadan istifadə ilə bağlı yazılı təlimatını göndərmiş olduğu məktubunu möhürsüz göndərməzdi.
Bundan başqa TƏBİB tərəfindən maskadan istifadə ilə bağlı qadağa tədbiqi ilə əlaqədar hansısa açıqlaması olmadığı halda, AZAL prezidenti möhürsüz məktubunu niyə və hansı səbəbdən bütün idarələrə göndərməsi də maraqlıdır.
Doğurdanmı AZAL rəhbərinin möhürü Müşahidə Şurası tərəfindən alınıb?
Məsələ ilə AZAL-ın ictimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi ilə əlaqə saxlasaq da qurumdan bu barədə sorğu göndərilməsini bildirdilər. Bu barədə quruma sorğu göndərsək də heç bir cavab ala bilmədik.
Nigar Abdullayeva
Cebhe.info