Onlar Rusiya-Ukrayna müharibəsini kölgədə qoymağa çalışırlar - SENSASİON DETALLAR

17-01-2023, 09:53   


Son günlər Sakit okean regionunda canlanma müşahidə olunur. Yaponiyanın baş naziri Fumio Kisida hesab edir ki, Ukrayna ətrafında mövcud vəziyyət Şərqi Asiya regionunda təkrarlana bilər. Gedişat bunu göstərirmi? Yeni bir müharibə başlaya bilərmi?

Politoloq İlqar Vəlizadə Musavat.com-a bildirib ki, son aylar Tayvan ətrafında gərgin dinamikanın müşahidə olunmasında təkcə ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ora səfəri rol oynamır:

2021-02-09-16-21-14eA5x5VquU6JhiziEeLVA_file.jpg (88 KB)

"Belə ki, Çin hakimiyyəti son dövrlərdə Tayvan probleminin həllinə güc amilindən istifadə etmək prizmasından baxır. Bu da Yaponiyanı, Cənubi Koreyanı, ABŞ və müttəfiqlərini ciddi narahat edir. Çünki Tayvanın strateji mövqeyi ABŞ müttəfiqləri üçün çox vacibdir. Tayvan Çinin Sakit okean və Hind okeanı hövzəsinə bir qapısı sayılır. Baxmayaraq ki, Çinin onu əhatə edən dənizlərdən dünya okeanına çıxışı var, Tayvan bu çıxışları müəyyən dərəcə məhdudlaşdırır. Tayvan və onun ətrafındakı dəniz akvatoriyası Çini qapanmış vəziyyətdə saxlayır, Sakit okeana birbaşa çıxışa imkan vermir. Təsadüfi deyil ki, Tayvanı uzun illərdir "ABŞ-ın batmaz gəmisi" adlandırırlar. Əslində, bu, mahiyyət etibarilə belədir. ABŞ və müttəfiqləri strateji mövqeni itirməklə Çinin Sakit okeana çıxan qapısını açmış olurlar. Bu da strateji vəziyyəti dəyişir. Bəzi ekspertlər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi Çinə müəyyən imkanlar yaradır. Amerika və Yaponiya bundan narahatdır. Ona görə də müəyyən çıxışlar edirlər.

dd41104b-723f-3bc1-81a1-cd71545bea54_850.jpg (47 KB)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu yaxınlarda demişdi ki, Çin yaxın on illikdə öz planlarını həyata keçirə bilər. Bu da bütün hallarda regionda vəziyyəti gərginləşdirir. Ötən illərdə az müşahidə olunan qütbləşmə indi daha qabarıq şəkildə özünü göstərir. ABŞ-ın müttəfiqləri bu ölkə ilə Çinə qarşı daha sıx təmaslar qurur. Açıq müttəfiqləri olmayan Çin isə öz tərəfdaşları ilə ABŞ-ın planlarını heçə endirməyə çalışır. Çox güman ki, yaxın illərdə bu proseslər davam edəcək. Müharibənin olacağına isə inanmıram. Çünki bu, ilk növbədə Çinə sərfəli deyil. Çin indiki şəraitdə Rusiyanın aqibətini yaşamaq istəməz, əksinə, Rusiyadan izolyasiya Çinə öz mövqelərini daha da möhkəmləndirməyə imkanlar yaradır. Amma Çini dalana dirəsələr, hər şey baş verə bilər".

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar