Oxfam: Pandemiya dövründə zənginlər daha varlanıb, kasıblar yoxsullaşıb

17-01-2023, 10:52   


Nümayişçilər

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Nyu Yorkda milyarderlərə tətbiq olunan vergilərin artırılması tələbi ilə yürüş edən nümayişçilər (2020-ci ilin iyul ayı)


Britaniya xeyriyyə təşkilatı Oxfam-ın yeni hesabatı qlobal miqyasda artan bərabərsizliyi vurğulayaraq, pandemiyanın başlanğıcından bəri yığılan yeni sərvətin demək olar ki, üçdə ikisinin dünyadakı ən zəngin 1 faizə keçdiyini aşkar edib.

Oxfam Covid sonrası artan bərabərsizliklə mübarizə aparmaq üçün sərvətin yenidən bölüşdürülməsinə və ən zənginlərə yeni vergilərin tətbiqinə çağrış edib.

Oxfam bazar ertəsi günü İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun başlanmasından əvvəl "Ən zənginlərin sağ qalması" adlı hesabatını açıqlayıb.

Həddindən artıq zənginliyin və həddindən artıq yoxsulluğun 25 ildə ilk dəfə eyni vaxtda artdığını vurğulayan Oxfam-a görə, Covid-19-un iqtis

di təsirləri ilə mübarizə aparmaq üçün həyata keçirilən faiz dərəcələrinin aşağı salınması və pul siyasətinin yumşaldılması kimi alətlər varlıların əmlak və səhmlərinin dəyərini artırıb.

Hesabatda deyilir ki, son iki ildə ən aşağı səviyyədə yaşayan və 90 faizdə olan bir insanın qazandığı yeni qlobal sərvətin hər 1 dolları ilə müqayisədə hər milyarder təxminən 1,7 milyon dollar qazanıb.


Davos formu 2023

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

2022-ci ildə kiçik azalmalara baxmayaraq, milyarderlərin ümumi sərvəti gündə 2,7 milyard dollar artıb. Artıq ardıcıl on ildir ki milyarderlərin həm sayı, həm də sərvəti ikiqat artır və pandemiya dövrünün qazancı da buna əlavə olunub.

"Mövcud iqtisadi reallıq əsas insani dəyərlərə təhqirdir. Həddindən artıq yoxsulluq 25 ildə ilk dəfə artmaqdadır və bir milyarda yaxın insan aclıqdan ölür, lakin milyarderlər hər gün qalib gəlir", - Oxfam-ın baş icraçı direktoru Danny Sriskandarajah deyib.

Hökumətlərin azsaylı insanların maraqları üçün hərəkət etməyi dayandırmalı olduğunu vurğulayan Sriskandarajah, "Bir çox ölkədə ən yoxsulların super zənginlərdən daha yüksək vergi faizi ödədiyi sistemi necə qəbul edə bilərik?" sualını edərək super varlılardan daha çox vergi tələb edib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.