İranın beynəlxalq Əhli-Beyt Cəmiyyətinin sədri Ayətullah Həsən Əxtəri erməni Qriqoriyan kilsəsinin nümayəndəsi ilə görüşüb.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Ermənistana səfər edən Ayətullah Əxtəri İrəvan Universitetində çıxışı zamanı deyib ki, ermənilər və farslar qardaş xalqlardır.
İrəvan Universitetinin rektoru Aram Simonyan isə Ermənistan və İranın "bir millət, iki dövlət" olduğunu deyib və Ayətullah Həsən Əxtəri onun sözlərini təsdiqləyib.
Tehran və İrəvan arasında bacılaşmış şəhərlər haqqında anlaşma sənədinin imzalanması mərasimi də keçirilib. Tehran və İrəvan arasında sözügedən sənədin imzalanma mərasimi Tehran meri Əlirza Zakani, İrəvan meri Sarkisyan və Ermənistan səfiri Arsen Avaqyanın iştirakı ilə Tehranın "Milad Tower" konfrans kərkəzində keçirilib.
Mərasimdə çıxış edən Zakani deyib: "İİR-in tutarlı siyasəti qonşu ölkələrlə əlaqə, əməkdaşlıq və mehriban qonşuluq yaratmağa istiqamətlənib. Ermənistanın da İranın nəzərində özünəməxsus yeri var və biz iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlıyıq”.
Musavat.com