Rusiya barədə məlumatlar Ukraynanın ƏLİNDƏ - Gizli görüşün SENSASİON DETALLARI

20-01-2023, 17:11   


Qərb ölkələrinin Ukraynaya dəstək bəyanatları verdiyi bir vaxtda "The Washington Post" maraqlı iddia ilə çıxış edib.

Musavat.com xəbər verir ki, qəzetin iddiasına görə, adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Ukrayna lideri Volodimir Zelenski ilə gizli görüş keçirdiyini açıqlayıb.

Məlumata görə, Börns ötən həftə gizli şəkildə Kiyevə gedib.

O, Rusiyanın növbəti addımları və planlaşdırılan hücumları ilə bağlı ABŞ kəşfiyyatının əldə etdiyi məlumatları Ukrayna lideri ilə bölüşüb.

63ca41ee2269a2118423b509.jpg (70 KB)

Gizli görüşdə Zelenski ABŞ və Qərbin yardımı ilə bağlı narahatlığını MKİ direktoru ilə bölüşüb. ABŞ-ın dəstəyini davam etdirməyi planlaşdırdığını bildirən Börns bu yardımların bir nöqtədə çətinləşəcəyini vurğulayıb.

Gizli görüşlə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ bu yaxınlarda Ukraynaya verilməsi nəzərdə tutulan zirehli texnika və hava hücumundan müdafiə sistemlərinin daxil olduğu 2,5 milyard dollarlıq yeni yardım paketini elan edib.  

63ca42502269a2118423b50d.jpg (117 KB)

ABŞ Müdafiə Nazirliyi Pentaqon Ukraynaya göndəriləcək yeni paketə 59 Bradley zirehli maşını, 90 Stryker personal daşıyıcısı və Avenger hava hücumundan müdafiə sistemlərinin daxil olduğunu açıqlayıb.

Pentaqon bəyan edib ki, yeni yardımın Rusiyanın artam hava hücumlarının qarşısını almağa kömək edəcəyi gözlənilir. ABŞ indiyədək Ukraynaya 26,7 milyard dollarlıq dəstək verib.

Bundan başqa, İngiltərə, Polşa, Latviya, Litva, Danimarka, Çexiya, Estoniya, Hollandiya və Slovakiya da Kiyevə daha çox dəstək verəcəklərini açıqlayıblar.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.