Türkiyədə seçkilərin tarixi bəlli olub: 14 mayda prezident və parlament seçkiləri eyni gündə keçiriləcək.
Axar.az xəbər verir ki, bu sözləri siyasi analitik Asif Nərimanlı deyib.
O bildirib ki, çətin seçki olacaq:
“Bu seçkilərin təkcə Türkiyənin yox, Azərbaycanın, ümumilikdə regionun da gələcəyinə təsiri olacaq.
14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmalarla bağlı, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması) icrası istiqamətində praktiki addımlar ata biləcəyi də istisna deyil.
Ümumilikdə təkcə Türkiyədə yox, bizim regionda da maraqlı proseslər gözlənilir”.