Baxmutdakı uğursuzluqlardan sonra “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Putinin gözündən düşüb.
“AzPolitika.info” xəbər verir ki, bu burədə ABŞ-ın Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.
Analitiklərin fikrincə, Baxmutdakı məğlubiyyətlər fonunda, “Priqojinin ulduzu sönməyə başlayıb”.
“Putin Priqojinə və ordu generalı Sergey Surovikə əmr vermişdi ki, mümkün qədər çox ərazi zəbt edilsin və kütləvi raket hücumlarıyla ukraynalıların əzmi sındırılsın. Ancaq hər iki cəhd uğursuz oldu. Priqojinin Baxmutu tutmaq cəhdləri boşa çıxdı. Surovik isə Rusiyanın raket ehtiyatının böyük bir hissəsini istifadə etsə də, Ukrayna xalqının mübarizə əzmini qıra bilmədi”,- məlumatda bildirilir.
Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko hesab edir ki, Priqojinin rus cəmiyyətinin inamını qazanmaq üçün yalançı təbliğat aparmağa və bu yolla Dumaya düşməyə çalışır.
“AzPolitika.info”