Milyarder Corc Soros dünyada baş verən hadisələri onun üçün sərfəli şəkildə işıqlandırmaq üçün uzun illərdir mediaya rüşvət verir.
Cebhe.info xəbər verir ki, bunu Amerikanın “Fox News” telekanalı iddia edir.
Telekanalın məlumatına görə, bu illər ərzində Soros jurnalistlər, müxbirlər, teleaparıcılar, CNN, NBC, CBS, “Bloomberg”, NPR və “Washington Post”-un baş redaktorları da daxil olmaqla 54 nüfuzlu media xadimini maliyyələşdirib.
“MRC Business”-in “Fox News”-a istinadən verdiyi məlumata görə, iş adamı bu vaxt ərzində 253 KİV-in dünyada baş verən hadisələri onun tələb etdiyi kimi işıqlandırmasını təmin etmək üçün təxminən 131 milyon dollar xərcləyib.
Qeyd olunur ki, Soros pul yatırdığı qruplar vasitəsilə bu mediaya sponsorluq edib. Xeyriyyəçi abort, doğuşa nəzarət, marksist iqtisadiyyat, ekoloji ekstremizmə dəstək verdiyinə və federal büdcədən polisi maliyyələşdirməkdən imtinaya görə pul ödəyib.
Xəzər
Cebhe.info