Bayden niyə Türkiyəni sıxışdırmağa çalışır? - ŞOK DETALLAR

28-01-2023, 17:15   


ABŞ-da nəşr olunan “The Wall Street Journal” (WSJ) qəzeti Bayden administrasiyasının Ankaraya təzyiq göstərməyə çalışdığını iddia edib.

Musavat.com xəbər verir ki, qəzet iddiasını danışıqlardan xəbərdar olan ABŞ rəsmilərinə əsaslandırıb.

WSJ yazıb ki, Vaşinqton hökuməti Türkiyənin Moskvaya qarşı tətbiq edilən sanksiyalara qoşulması üçün yeni addım atıb. İddialara görə, Bayden administrasiyası Rusiya aviaşirkətlərinin Türkiyəyə uçuşları dayandırması üçün Ankaraya təzyiq göstərməyə çalışır.

63d5099f4e3fe107389dc7c5.jpg (45 KB)

Rusiya-Ukrayna müharibəsinin əvvəlindən rəsmi Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynayan Türkiyənin neytral mövqeyi sayəsində taxıl böhranı kimi bir çox problem aradan qaldırılıb. Bununla belə, ABŞ Türkiyənin Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmasını istəyir.

“Wall Street Journal”ın xəbərində Rusiya hava yollarının istifadə etdiyi təyyarələrin ABŞ istehsalı olduğu və oktyabrın 1-dən bu yana 2100-dən çox uçuş həyata keçirildiyi bildirilib.

Qəzet iddia edib ki, ABŞ-ın yüksək rütbəli rəsmiləri ötən ay Türkiyəyə səfər zamanı Rusiyaya məxsus ABŞ istehsalı olan təyyarələrə yanacaqdoldurma və ehtiyat hissələri kimi xidmətlər göstəriləcəyi təqdirdə cəzaların tətbiq ediləcəyi barədə xəbərdarlıq ediblər.

63d507ba4e3fe107389dc7bf.jpg (68 KB)

Bayden administrasiyası ötən ilin fevral ayında Ukrayna müharibəsinin başlaması ilə Rusiyaya ABŞ istehsalı olan təyyarə və ya ehtiyat hissələrinin 25 faizindən çoxunu istifadə etməyi qadağan etmişdi. Lakin bu qadağa Rusiyanı çox da maraqlandırmayıb. Ölkə Qərbə meydan oxuyaraq "Boeing" təyyarələrini uçurmağa davam edir.

Qeyd edək ki, Ukrayna lideri Zelenskinin tank və ağır silah çağırışına, nəhayət, cavab verən Qərb müttəfiqləri Kiyevə yardımları gücləndiriblər. Fransa, İngiltərə, Almaniya, ABŞ və Polşa Ukraynaya tank göndərməyə qərar verib, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları iyulun 31-dək uzadıb.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.