İsrail İrana qarşı qisas əməliyyatına başladı – Dronlar İsfahanı belə vurdu

29-01-2023, 09:03   


İranın ayrı-ayrı şəhərlərində partlayış səsləri duyulub və ardınca yanğınlar baş verib.


Yenicag.az xəbər verir ki, İranın İsfahan, Rəşt, Təbriz şəhərlərində ard-arda partlayışlar baş verib. İran Müdafiə Nazirliyi bu partlayışlardan yalnız biri – İsfahanda baş verən partlayışla bağlı açıqlama verib.

İran MN bildirib ki, bu nazirliyə məxsus zavoda dron hücumu olub: “Dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in “tələsinə” düşərək partlayıb və ziyan əhəmiyyətsizdir”.

Ancaq sosial şəbəkələr paylaşılan videolar İran Müdafiə Nazirliyini yalanlayır. Belə ki, yanğının miqyası heç də bütün dronların zərəraizləşdirilmədiyini və dəyən ziyanın da əhəmiyyətsiz olmadığını göstərir.

“Əl-Ərəbiyyə” telekanalı İsrailin İranın daxilində qisas əməliyyatı başlatdığı xəbərini yayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.