Qahirənin Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik rolunda birbaşa marağı yoxdur. Misir ərəb dünyasının ən böyük və ən zəngin ölkəsidir, bundan əlavə, regionun ən güclü ordusuna və böyük demoqrafik potensiala malikdir. Qarabağ münaqişəsinin həlli məsələsində Qahirə həqiqətən də bitərəf mövqe tutur. Ancaq müəyyən nüanslar var.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Misir Prezidenti Sisinin Qahirənin Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazır olduğu fikrini şərh edərkən deyib.
“Məlum olduğu kimi, yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri başa çatıb, bundan sonra o, Ermənistana səfər edib və onlar Bakı ilə İrəvan arasında vasitəçi olmağa hazır olduqlarını bəyan ediblər. Bu kontekstdə Qahirə üçün prioritet məsələ ilk növbədə müsəlman ölkələri ilə əlaqələrin inkişafıdır. Amma burada türk faktoru da var. Türkiyə ilə Misir uzun illərdir ki, münaqişədədir. İndi hər iki ölkə yaxınlaşmada maraqlıdır. Ankara Azərbaycanın strateji tərəfdaşı olduğu üçün Misirin Qarabağ məsələsində iştirakı Türkiyəyə doğru daha bir addımdır”, - o bildirib.