Azərbaycandan İrana BU ADLA milyonlarla pul yığılıb göndərilir - Deputat şok faktlar açıqladı

1-02-2023, 12:37   


 

Azərbaycandan İrana BU ADLA milyonlarla pul yığılıb göndərilir - Deputat şok faktlar açıqladı

“Hazırda Azərbaycanda xüms vergisi adı ilə milyonlarla pullar yığılaraq İrana göndərilir. Bizim qanunvericilikdə belə bir şey yoxdur, bunu təcili olaraq gündəmə gətirib müzakirə etməliyik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

Deputat vurğulayıb ki, İranda olan ziyarətlərə də qanunvericilik səviyyəsində nəzarət olmalıdır:

"Qeyd edim ki, ölkədə olan İran şəbəkələri İrandakı ziyarətlərə gedənlər arasından seçilir. Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr bu qədər ölkədə fəallaşa bilməsinlər”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. (modern.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.