Politoloq Elxan Şahinoğlu deyir ki, bir neçə variant mümkündür:
“Rusiya Ukraynaya qarşı total müharibəyə keçəcək, raket zərbələrinin coğrafiyasını genişləndirəcək;
Rusiya Qərb tankları Ukraynaya çatdırılana qədər onları Polşa-Ukrayna sərhədində raket zərbələri ilə məhv etməyə çalışacaq;
Rusiya Ukraynanın qonşularının, o cümlədən Polşa və Baltik ölkələrinin ərazilərindəki hərbi obyektləri hədəf seçəcək;
Rusiya ordusu Ukraynaya verilən tankların hücumları qarşısında geri çəkilərsə, Qərb ölkələrini yenə nüvə silahıyla təhdid edəcək”.
Politoloq hesab edir ki, Putin geri çəkilməyəcək.
“Kreml sahibi hədəfinə çatmayana qədər Ukraynaya qarşı müharibəni davam etdirəcək. Ukraynaya verilən Qərb tankları Putinin işğal planlarına ciddi maneədir. O bu maneəni aşmaq üçün istənilən risqi planı həyata keçirməyə çalışacaq”, - E.Şahinoğlu vurğulayıb.
azpolitika.info