İnsan Hüquqları Müdafiəçilərinin xəbər agentliyi İranda aksiyalar zamanı həbs olunanlarla bağlı yeni məlumat yayıb.
Musavat.com xəbər verir ki, agentliyin açıqlamasına görə İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla 527 nəfər rejim tərəfindən öldürülüb. 70 nəfər hökumət qüvvələrinin təmsilçisi öldürülüb. 18 yaşdan aşağı həbs olunanların sayı 179-dur. 19.623 nəfərin tutulub, onlardan 718 nəfəri tələbədir.
Şəxsiyyəti təyin olunanlar 5119 nəfərdir. Eləcə də, etirazlara görə 769 nəfər məhkum edilib.
Ümumilikdə, həbs cəzalarının sayı 13721-dir. Ölüm hökmü verilənlər 109 nəfərdir.
Habelə, bu müddət ərzində 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1263 nümayişlər həyata keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyiblər.
Musavat.com