Türkiyənin yeni xarici siyasəti ilə bağlı MÜHÜM TƏHLİL - Gərginlik davam edəcək

3-02-2023, 19:37   


Dünya mayın 14-də Türkiyədə keçirilməsi planlaşdırılan seçkiləri diqqətlə izləyir.

Musavat.com ABŞ-ın Xarici Siyasət Araşdırmaları İnstitutu (Foreign Policy Research Institute) analitik təşkilatının saytında Türkiyə ilə bağlı diqqətçəkən təhlil dərc edilib.

Xarici Siyasət Araşdırmaları İnstitutu Türkiyənin yeni xarici siyasəti üzərində dayanıb.

Məqalədə qeyd olunub ki, Soyuq müharibənin başa çatması və Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının yüksəlişi ilə Türkiyə təkcə yeni xarici siyasət deyil, həm də yeni xarici siyasət yönəlimi mənimsəyib.

Akademiklər Aaron Stein və Nicholas Danforth tərəfindən hazırlanan məqalədə deyilir: “Türkiyənin xarici siyasəti artan təsir istəyinə uyğun olaraq regional nizamın yenidən formalaşmasına diqqət yetirməyə başlayıb”.

Məqalədə proqnozlaşdırılır ki, Türkiyənin yeni dinamikası gələcək Türkiyə hökuməti dövründə də gərginlik mənbəyi olaraq qalacaq.

Akademiklər prezident Ərdoğanın izlədiyi siyasətlə bağlı bu şərhi verib:

“Türkiyənin yeni anti-status-kvo yönəlimi Ərdoğan hökumətini fərqli strategiyalar həyata keçirməyə vadar edib”.

ABŞ siyasətçilərinin Türkiyənin bölgədəki mövqeyini anlamasının hər zamankindən daha vacib olduğunu vurğulayan akademiklər prosesin yaxşı idarə olunacağı təqdirdə Qərblə daimi kəsişmənin olmayacağını vurğulayıblar.

Yazıda bunun hər iki tərəfin xeyrinə olduğu qeyd olunub.

Musavat.com 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.