Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda artan ölüm:Virusun yeni ştammı öldürür?

3-02-2023, 20:56   


Azərbaycanda artan ölüm:Virusun yeni ştammı öldürür?


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 828 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 092 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 834, bu günə qədər isə ümumilikdə 7 491 233 test icra olunub. 

Ümumiyyətlə, son zamanlar ölkəmizdə koronavirusdan ölüm sayı yenidən artıb. Maraqlıdır, bunun səbəbi nədir? 

Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev bildirib ki, öümlərin sayının artması həkimə gec müraciətlə əlaqəlidir: 

"Dünyasını dəyişənlər arasında xəstəxanada daha uzun müddət yatanlar, 60 yaş üzəri və yanaşı xəstəliyi olanlardır. Yoluxma sayının az, ölüm sayının çox olma səbəbi insanların bunu qriplə qarışdırmasıdır. Bu gün qripə yoluxma koronavirusa yoluxmadan daha çoxdur. İnsanlar da düşünür ki, qripə yoluxub və həkimə müraciət etmirlər. O zaman həkimə müraciət edirlər ki, tez-tez tənginəfəs olurlar, halsızlıq pik həddə çatır. Testin nəticəsi isə müsbət çıxır, saturasiya düşür, ağciyərlərdə ikitərəfli pnevmoniya aşkarlanır. Belə olan halda da xəstənin həyatını xilas etmək əks hallarda mümkün olmur. Havaların soyuq keçməsi də yoluxmaların və ölümlərin çoxalmasına səbəb ola bilər. Burada başqa səbəb axtarmaq lazım deyil. Çox vaxt deyirlər ki, yoluxmanı artıran səbəb koronavirusun yeni ştammıdır. Xeyr. Mən işin içindəyəm və görürəm ki, xəstələrin heç birində yeni növ aşkarlanmır". 

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar