Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ nəşrindən Azərbaycan və Türkiyə ilə bağlı İFTİRA DOLU YAZI - Guya Bakı və Ankara...

5-02-2023, 13:09   


"Türkiyənin Azərbaycana dəstəyi bölgədəki problemin həllinə əngəl törədir"

Amerikanın “Foreign Policy” jurnalı qalmaqallı ifadələrin yer aldığı təhlil dərc edib.

Musavat.com xəbər verir ki, “NATO Türkiyənin şantajına qarşı durmalıdır” (NATO Must Stand Up to Turkey’s Blackmail) başlığı ilə oxuculara təqdim edilən təhlildə Azərbaycan və Türkiyə ilə bağlı əsassız iddialar yer alıb.

Yazıda Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün son dayanacaq olduğu vurğulanıb. Türkiyənin NATO-nun qonşuları üçün stabilləşdirici güc kimi qarışıq rekorda malik olduğunu yazan jurnal Ankaranın Şərqi Aralıq dənizində mübahisəli və qeyri-qanuni qazma işləri apardığını irəli sürüb.

"Türkiyə Liviya ilə enerji sazişi imzalayıb. NATO müttəfiqi Yunanıstana qarşı aqressiv ritorikadan və güc nümayişindən istifadə edir" - məqalədə qeyd olunub.

“Foreign Policy” Türkiyənin Qafqaz siyasətindən, Bakı-Ankara münasibətlərindən də bəhs edib və əsassız fikirlər irəli sürüb.

Təhlildə iddia olunub ki, iki ölkənin yaxınlığı, Türkiyənin Azərbaycana dəstəyi guya bölgədəki problemin həllinə əngəl törətdir. Məqalədə elə təqdim olunub ki, guya rəsmi Bakı və Ankara Qafqazda sülh və sabitlik tərəfdarı deyil.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar