Türkiyədə bu gün səhər baş verən 7,5 bal gücündə zəlzələ bir çox ölkərdə də hiss edilib.
Cebhe.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirədə və çevrəsində hiss edilən zəlzələ 30 saniyəyə qədər davam edib. Əhali arasında böyük narahatlıq yaradıb.
Livanın paytaxtı Beyrut da daxil olmaqla ölkə ərazisində də zəlzələ hiss edilib. Əhali evlərini tərk edib.
İraqın paytaxtı Bağdad və Diyalada da zəlzələ hiss edilib.
Suriyanın paytaxtı Dəməşq daxil olmaqla, Lazkiyə və Hələbdə də onsanlar yeraltı təkları hiss ediblər.
Xəzər
Cebhe.info