Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb, 639 nəfər yaralanıb- YENİLƏNİB

6-02-2023, 10:58   


Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

“Report” Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. 

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

***

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

***

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində 42 nəfər ölüb.

“Report” SANA-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Əhməd Dumeyriyə bildirib. 

Təbii fəlakət nəticəsində 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

***

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, dağıntılar altından artıq 6 nəfərin meyiti çıxarılıb.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Dağıntılar altında çox sayda insanların qaldığı bildirilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.