Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb - YENİLƏNİB

6-02-2023, 14:26   


Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

***

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

***

Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.

Onun sözlərinə görə, yaralananların sayı 30-dur.

07:05

Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.

Rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.

“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, - o vurğulayıb.  

06:51

Şanlıurfa bələdiyyə başçısı bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.