“Zəlzələ kahini”ndən 3 gün əvvəlki mesaj: Türkiyədə zəlzələ olacağını yazıb - FOTO

6-02-2023, 14:59   


“Zəlzələ kahini”ndən 3 gün əvvəlki mesaj: Türkiyədə zəlzələ olacağını yazıb - FOTO


Dünyada məşhur zəlzələ mütəxəssisi kimi tanınan Frank Huqerbets fevralın 3-də paylaşdığı paylaşım Kahramanmaraş zəlzələsindən sonra sosial mediada ən çox paylaşılanlardan biri olub.

Cebhe.info xəbər verir ki, Təbii Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələ səhər saat 4:17-də Kahramanmaraşın Pazarcık qəsəbəsində baş verib. 7,4 bal gücündə zəlzələ 7 kilometr dərinlikdə baş verib. 

Kahramanmaraş zəlzələsindən sonra “zəlzələ kahini” olaraq tanınan Frank Huqerbets günlər əvvəlki paylaşımı sosial mediada əsas müzakirə mövzusu olub. Fevralın 3-də sosial media hesabında paylaşım edən Frank Huqerbets "Gec və ya tez bu bölgədə (Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 zəlzələ olacaq", - deyə yazıb. 

Frank Huqerbets Türkiyədə bir çox zəlzələ olacağını proqnozlaşdırmışdı. 

Xatırladaq ki, avstraliyalı astronom Frank Huqerbets bütün dünyada zəlzələ proqnozları ilə tanınır.

Frank Huqerbets kimdir?

"Ən yaxşı Avstraliya astronomları" siyahısında olan Frank Huqerbets 2002-ci ildə zəlzələlər haqqında “Ditrianum” saytını yaradıb. Uşaqlıqdan Günəş sistemi və planetlərə böyük maraq göstərən Frank Huqerbets 2015-ci il aprelin 20-də “Facebook”da ilk ictimai zəlzələ proqnozunu verib və aprelin 22-dən aprelin 27-dək müəyyən planetar mövqelərə görə kritik olacağını bildirib. 25 aprel 2015-ci ildə Nepalda 7,8 bal gücündə zəlzələ baş verib. 

Nigar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.