Türkiyədə bir-birinin ardınca baş verən şiddətli zəlzələlər bölgədə təşviş və qorxu yaradıb.
Bu arada İtaliyadan diqqətçəkən açıqlamalar gəlir.
Cebhe.info xəbər verir ki, zəlzələdən sonra İtaliyanın cənubunda "çimərliklərə yaxınlaşmayın" deyilib və sunami xəbərdarlığı da edilib.
İtaliya rəsmiləri bir müddət sonra sunami xəbərdarlığını ləğv etsə də, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri, zəlzələylə bağlı çıxışları ilə tanınan Karlo Doglioni maraqlı İtaliya mətbuatına açıqlama verib.
Ölkənin ən tanınan simalarından biri olan alim “Bu bölgə seysmik aktivliyin çox yüksək olduğu bölgədir. Türkiyə 150 kilometrlik qırılma xəttində bir neçə saniyədə 3 metr irəliləyib”,-deyib.
İtaliya nəşri olan "Corriere della Sera"ya danışan Doglioni "Bu gecə Ərəb fay xətti şimal-şərq-cənub-qərb oxu istiqamətində Anadolu qırılma xəttindən 3 metr irəliləmiş kimi görünür",-deyib.
Hərəkət qabiliyyətinin 3 metrdən çox ola biləcəyini deyən Doglioninin fikrincə, bu, çox böyük bir hərəkətdir:
“Bura çox aktiv bir ərazidir və Aralıq dənizinin ən təhlükəli bölgələrindən biridir. Keçən əsrlərdə burada çox şiddətli zəlzələlər olub. Türkiyə deyəsən, ərəb plitəsini aşıb”.
Sunami riski ilə bağlı açıqlama verən Doglioni “Xəbərdarlıq ləğv edildi. Amma baş verə biləcək sürüşmə ilə bunun bir daha baş verməyəcəyinə zəmanət yoxdur”, - deyib. İtalyan alim eyni zamanda oxşar zəlzələlərin təkrarlana biləcəyini də bildirib.
Doglioni bölgədəki aktivliyin heç vaxt dayanmadığını da deyib.
Yaxın Şərqdə yerləşən, Ərəbistan yarımadasını və onun şimalını əhatə edən Ərəb plitəsinə Bəhreyn, Suriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Cənub-Şərqi Anadolu bölgəsi və İranın bəzi hissələri daxildir.
Xəzər
Cebhe.info