Professor Cəlal Şengör İstanbul zəlzələsi il bağlı daha bir xəbərdarlıq edib.
Cebhe.info xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələ ilə bağlı sualları cavablandıran Şengör İstanbulda da eyni gücdə zəlzələ olacağını bildirib.
Mərkəzləri Kahramanmaraşın Pazarcık rayonunda 7,7, Elbistanda isə 7,6 bal gücündə olan zəlzələlər Malatya, Qaziantep, Hatay, Adana, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniyedə böyük dağıntılara səbəb olub.
Candaş Tolqa Işıkla "Az öncə danışdım"- Zəlzələ özəl" verilişinin qonağı Prof. Dr. Cəlal Şengör Kahramanmaraşda baş verən dağıdıcı zəlzələ ilə bağlı sualları cavablandırıb. Şengör İstanbulda da eyni gücdə zəlzələ olacağını bildirib.
Candaş Tolga Işıkın “Bu zəlzələ İstanbul zəlzələsini tətikləyəcəkmi? İstanbulda zəlzələ olacaqmı? Zəlzələnin İstanbulda nəyisə tətikləməsinə ehtiyac varmı?” suallarına prof. Dr. Cəlal Şengörün cavabı belə olub:
“İstanbulda onsuz da zəlzələ olacaq. İstanbulda olanda təxminən bu ölçüdə olacaq. İlkin hesablamamıza görə, 7,8 bal gücündə idi. Sonra Kumburqazda zəlzələ olanda bəlkə şərqdən bir fay qopacaq, və zəlzələnin gücü o zaman 7.2 ola bilər. Amma biz əmin deyilik. Məsələn, 1766-cı il zəlzələsi... Əvvəl bir parçanı qırdı, bir neçə ay sonra o birini qırdı”.
Cəlal Şengör “Deməli, burada təbiətlə inadkar olmağın mənası yoxdur”,- deyib:
“Təbiət bizdən güclüdür, bunu anlamaq lazımdır. Sözlərlə təbiətdən irəli gedə bilmərik. Ona görə də biz bunu ciddi qəbul etməliyik. Hökumət vətəndaşları maarifləndirməlidir. Son illərdə gördüyüm hökumət bunun əksini edir, çünki zü də bilgisizdir".
Celal Şengör Candaş Tolqa Işığın "Bir həmkarım dünən İstanbulda zəlzələ olmayacağını söylədi, gördünüzmü?" sözlərinə cavabında professor “O, mənim həmkarım ola bilməz”,-deyib.
Xəzər
Cebhe.ifo