Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-ni Ermənistanın sərhədlərini müəyyənləşdirməyə çağırıb.
Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) olan tərəfdaşlarına ölkəyə missiya göndərməyə hazır olduqları üçün təşəkkür edib, lakin bununla yanaşı, onlardan KTMT-nin Ermənistan ərazisindəki məsuliyyət zonasını dəqiqləşdirməyi tələb edib.
Paşinyan deyib: “KTMT-yə çox mühüm bir xahiş ilə müraciət eləmişik: Ermənistan Respublikasında KTMT-nin məsuliyyət zonasını dəqiqləşdirsinlər, yəni ermənistan ərazisinin harada olduğunu düşündüklərini bizə xəbər eləsinlər”.
Paşinyan sual verib - əgər KTMT təmsilçiləri Ermənistanın sərhədlərinin harada yerləşdiyini bilmirlərsə, “onun işğal edilib-edilmədiyini necə bilə bilərlər?”.
Hürr Tərcüman