İran kimləri və niyə silahlandırır? - Təhlükəli gediş

9-02-2023, 18:37   


İran kimləri və niyə silahlandırır? - Təhlükəli gediş


“İranın silah ixracı ötən il 3 dəfə artıb”.

Bunu İranın müdafiə nazirinin müavini general Mehdi Fərrahi deyib.

Onun sözlərinə görə, İranın silah ixracı 2022-ci ilin mart-dekabr ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artıb.
Bir müddət öncə isə 90 ölkənin İrandan kamikadze PUA-ları almaq istədiyinə dair məlumat yayılıb.

Qeyd edək ki, rəsmi Tehranın bu açıqlamalarının həqiqəti əks etdirmədiyi çox aydındır. Çünki İranın Qərb və ərəb ölkələrinə silah sata bilməyəcəyi aydındır.

Görünür, ixracdakı artıma təsir edən əsas ölkələr məhz Rusiya və Ermənistandır. Artıq vəziyyət o yerə çatıb ki, Rusiya və Ermənistan İran silahına möhtac qalıb.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu gün harada qəsb və işğalçılıq tendensiyası varsa, həmin proseslərin ön sıralarında İranı görürük:

"Əslində İranın hərbi ixrac potensialını artırdığı ilə bağlı səsləndirdiyi fikirlər onun özünü ifşa edir. Çünki hər kəsə bəllidir ki, İran həm Rusiya-Ukrayna müharibəsində, həm də digər bölgələrdə çox təhlükəli siyasi kurs həyata keçirir. Buna görə də dünyada İrana qarşı ciddi şəkildə narazılıqlar və narahatlıqlar mövcuddur. Bu gün İranın hərbi potensialı və hərbi ixrac haqqında açıqladığı rəqəmlər də öz xalqını aldatmaq cəhdlərinin nümayişidir. İran bu gün Rusiya-Ukrayna müharibəsində işğalçılığı, eyni zamanda sorosçuların və Qərb imperialistlərinin at oynatdığı Ermənistanı dəstəkləyir”.

Ekspert vurğulayıb ki, İranın hərbi sənaye məhsullarının ixracı məsələsində bu tip ölkələrlə əməkdaşlıq etməyi sözün həqiqi mənasında çox böyük riyakarlıqdır:

“Hesab edirəm ki, bütün bunlar İranın həm İslam və bəşəri dəyərlərdən, həm də insanlıqdan və humanizm siyasətindən nə qədər uzaq olduğunu göstərir. Əlbəttə ki, İranın silah bazarı və müdafiə sənayesi çox keyfiyyətsiz və aşağı səviyyədədir. Onlar heç bir formada döyüşlərdə sınaqdan keçirilməyib. Belə olan təqdirdə, bu gün Rusiya və Ermənistanın İran silahlarına möhtac qalması vəziyyətin necə kritik olduğunu göstərir”.

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.