Ərdoğandan zəlzələdə evi dağılanlara böyük MÜJDƏ

10-02-2023, 16:51   


 

Ərdoğandan zəlzələdə evi dağılanlara böyük MÜJDƏ

“Çadırda qalmaq istəməyən vətəndaşlarımızın 1 illik kirayə haqqını ödəyəcəyik. İstədikləri yerdə ev kirayələyərək məskunlaşa bilərlər”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş Adıyamanda çadır şəhərciyindəki insanlarla görüşü zamanı deyib.

“Türk Hava Yolları həm gedən, həm də gələnləri pulsuz daşımağa borcludur. Qoy xalqım bundan xəbərdar olsun”, - Ərdoğan qeyd edib.

"Ölkəmizin hər yerindən və xaricdən zəlzələ bölgəsinə yardımlar axır. Zəlzələ bölgəsində yardımların toplanması və xüsusi plan üzrə paylanması lazımdır. AFAD və ya bölgədə fəaliyyət göstərən Qızıl Aypara ilə əlaqə saxlamadan yardımları təsadüfi toplamayın və yola çıxmayın. AFAD vasitəsilə nağd yardımların edilməsi sui-istifadə hallarının aradan qaldırılması üçün bir üsuldur. AFAD yardımları zəlzələ bölgəsindəki fəaliyyətlərə xərclənir. Biz ev başına 15 min lirə yardım edəcəyik", - Türkiyə lideri əlavə edib. (publika.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.