Azərbaycana qarşı düşmən münasibət göstərən İran rəsmiləri terrora əl atmaqla kifayətlənməyib, təhqiramiz ifadələr də işlədir.
Belə ki, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri Azərbaycanın ünvanına diplomatik etiket qaydalarına sığmayan ədəbsiz fikirlər söyləyib. Azərbaycana qarşı Laçın-Qubadlı istiqatində erməni-fars birgə hərbi təxribatlarının hazırlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən səfir bununla bağlı erməni jurnalistin sualına qeyri-etik və həyasızcasına cavan verib:
“Tehran ona problem yaratmaq istəyən kiçik ölkələrə "kiçik şillə" vura bilər. Amma İran rəsmiləri emosional hərəkət etməməyə üstünlük verirlər. Onlar tamamilə rasional və çəkindirici davranırlar”.
Abbas Bədəxşan Zohuri bildirib ki, İran tərəfi bölgədə gərginlik yaranmasında maraqlı olmayib və indi də deyil.
İran sərhədlərdə bütün baş verənləri yaxından izləyir. Güney Azərbaycan Milli Oyanış Hərəkatı İran səfirinin bu açıqlamasına kəskin cavab verib. Adıçəkilən təşkilatın İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya bildirib ki, səfirin bu sözləri onun diplomatik etiket qaydalarından məlumatsız olduğunu göstərir:
“İran rejimi Zəngəzur dəhlizi məsələsini ilk gündən qəbul etmir. Hətta İran rəsmiləri açıq şəkildə dəfələrlə bəyan edib ki, biz bu dəhlizin açıqlmasına imkan verməyəcəyik. Rəsmi Tehran iddia edir ki, guya Zəngəzur dəhlizi İranın ticarət əlaqələrini kəsəcək. İkincisi, İranın türk düşmənliyi hər kəsə məlumdur. Bu münasibət son 30 ildə özünü daha çox göstərib. Əldə etdiyimiz məlumatlara görə, İran Türkiyənin zəlzələdən sonra fəlakətin nəticələrinin aradan qaldırılmasına başının qarışmasından fürsət kimi istifadə edib Azərbaycana qarşı hərbi təxribat törətmək istəyir.
Hətta İran Ermənistanla birlikdə Azərbaycan ərazilərinə təcavüz etmək istəyir. Bunun qarşısında Güney Azərbaycan xalqı sakit dayanmayacaq. Azərbaycan Ordusu da bunun qarşısını almaq üçün artıq kifayətə qədər gücə və hazırlığa malikdir. 44 günlük müharibə də Azərbaycan Ordusunun keçmişdəki kimi zəif deyil, nə qədər güclü hərbi imkanlara malik olduğunu sübut etdi”.
O hesab edirəm ki, səfir Abbas Bədəxşan Zohuri peşəkar diplomat deyil:
“Diplomatiyadan anlayışı olan adam nə özünə, nə də başqasına belə kobud ifadə işlətməyi rəva görər. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun dili ilə danışır. SEPAH Azərbaycanın bölgədə inkişafını istəməyən bir qüvvədir. İnqilab Keşikçiləri Korpusu Azərbaycan dövlətini zəiflətməyə çalışır. Amma biz bunu qınayırıq və İranın pozucu fəaliyyətinin qarşısını almaq üçün əlimizdən gələni etməyə hazırıq”.
Müşfiq Abdulla
Cebhe.info