“ÖLKƏMİZİ MÜHARİBƏYƏ ÇƏKMƏK İSTƏYİRLƏR...” – “Saakaşvilinin Gürcüstana göndərilməsi bu məqsədə xidmət edirdi...”

11-02-2023, 23:57   



“Saakaşvilinin Gürcüstana göndərilməsi Gürcüstan istiqamətində ikinci cəbhənin açılması cəhdi idi".

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, belə bəyanatla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib.

Qaribaşvili Ukraynanı müharibədə ikinci cəbhə açmaq cəhdində ittiham edib, bildirib ki, Ukrayna bu “təxribatlarını” indi də davam etdirir, Mixail Saakaşvilinin ölkəyə qaytarılması da bu plana xidmət edirdi.

Baş nazir “müharibədən qaçmağa nail olmağı” başçılıq etdiyi hökumətin ən böyük uğurlarından biri kimi qiymətləndirib. Həmçinin əlavə edib ki, keçən il Gürcüstan “analoqu olmayan inkişaf tempi” göstərib, belə ki, iqtisadi böyümə 10.1 faiz təşkil edib.

“Bu müharibəni hansısa formada bizim ölkəmizə də keçirmək cəhdləri təəssüf ki, indi də davam edir. Biz Ukrayna hakimiyyət nümayəndələrinin bu mövzuda açıqlamalarını eşidirik. Onların məqsədi ikinci cəbhənin açılması idi", - Qaribaşvili bəyan edib. O, əminliyini təkrarlayıb ki, Saakaşvilinin Gürcüstana göndərilməsi bu məqsədə xidmət edirdi.

“AzPolitika”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.