Alman və avstriyalı xilsedicilər işləri dayandırdılar -Türkiyəyə xain zərbə

12-02-2023, 13:57   


 

 

Türkiyə və Suriyada baş verən fəlakətli zəlzələ nəticəsində ölənlərin ümumi sayı 29 minə çatıb. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün Hatayda aparılan xilasetmə işlərinə isə müxtəlif qruplar arasında artan iğtişaşlar mane olur. Xilasedicilər deyirlər ki, gərgin atmosferdə kimlikləri  məlum olmayan qruplar iğtişaşlar törədirlər ki,  bu da onları axtarış-xilasetmə işlərini dayandırmağa məcbur edir.

Musavat.com  xəbərinə görə, “The Guardian” yazır ki, Türkiyənin cənubunda  alman xilasediciləri və Avstriya ordusu fevralın 11-də naməlum qruplar arasında toqquşmaları əsas gətirərək axtarış işlərini dayandırıb.

“Avstriya ordusunun sözçüsü deyib ki, Hatay vilayətində qruplaşmalar arasında toqquşmalar təbii fəlakət bölgəsində  xilasetmə  əməkdaşlarının  digər beynəlxalq təşkilatlarla birlikdə  düşərgəyə sığınmaq məcburiyyətində  qoyub” deyə, BBC xəbər verir.

Axtarış-xilasetmə qrupunun Almaniya bölməsi olan “İsar” və Almaniya Federal Texniki Yardım Agentliyi (TSW) də təhlükəsizliklə əlaqədar olaraq zəlzələ bölgəsində xilasetmə  işlərini dayandırıb. “İsar”ın sözçüsü Stefan Heine deyib: "Müxtəlif qruplaşmalar arasında toqquşmalarla bağlı getdikcə daha çox məlumatlar var".“İsar” əməliyyat meneceri Stepen Byer ərzaq və su təchizatının getdikcə qıtlaşdığı üçün  gərginliyin daha da artacağının gözlədiyini söyləyib.

Byer zəlzələ baş verən ərazilərdə getdikcə təhlükəli halların  artığını və bunun belə təbii fəlakətlərdə  xarakterik olduğunu söyləyib. “Bunun bir hissəsi onunla bağlıdır ki, indi ərzaqlar tükənir, su tükənir, sonra isə insanlar yemək və su axtarışına çıxırlar. İnsanların ümid  sönür və  qəzəbə çevrilir" deyə, o bildirib. 

“Reuters” xəbər verir ki, Türkiyə səlahiyyətliləri tərəfindən alman xilasetmə qruplarına  təhlükəsiz qarantiyası verilən andan işlərini bərpa edəcəklər.

“Moskovskiy komsomolets” nəşri yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda iğtişaşlarla bağlı yayılan xəbərlərə hələlik münasibət bildirməyib, lakin hökumətin bölgədəki cinayətlərdə əli olanlara qarşı tədbir görəcəyini təsdiqləyib. Ərdoğan deyib: “Biz fövqəladə vəziyyət elan etmişik. Bu o deməkdir ki, bundan sonra soyğunçuluq və ya adam oğurluğu ilə məşğul olan şəxslər bilməlidirlər ki, onların yaxası dövlətin əlindən qurtarmayacaq”.

Qarətdə günahlandırılan şübhəlilər üç aylıq  fövqəladə vəziyyətə görə indi dörd gün əvəzinə yeddi gün saxlanıla bilər.

Hataylı Eylin Kabasakal isə AFP agentliyinə deyib ki, artan silah səsləri və qarşıdurma soyğunçulara görədir: “Evlərimizi, maşınlarımızı qoruyuruq. Talançılar evlərimizi qarət edirlər”.  Son məlumata görə, “Avstriya Türkiyə ordusunun mühafizəni  təşkil etdiyi üçün  xilasetmə əməliyyatını bərpa edib” deyə, bu ölkənin Müdafiə Nazirliyi bildirib.

Böyük ehtimalla bölgədəki xain terrorçu qruplaşmalar əhalinin ağır psixoloji vəziyyətindən istifadə edərək gərginliyi artırırlar, xilasetmə işlərinin dayandırılmasına çalışırlar. 

 Orxan ƏLİYEV,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.