Malatyanın Hekimhan rayonunda saat 19:38 radələrində 5,1 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, baş verən zəlzələ Elazığda da güclü hiss olunub.
Kandilli Rəsədxanası Malatyanın Hekimhan rayonunda 5,1 bal gücündə zəlzələ baş verdiyini təsdiqləyib. Türkiyə vaxtı ilə saat 19:38-də baş verən zəlzələnin yerin 2,6 km dərinliyində olduğu bildirilir. Digər tərəfdən, AFAD zəlzələnin maqnitudasını 4,9 olaraq açıqlayıb.
Musavat.com