Tanınmış rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko olduqca maraqlı bir məktub paylaşıb.
Axar.az xəbər verir ki, Korotçenko bu məktubun bir oxucu tərəfindən ona ünvanlandığını bildirib.
Məktub aid olduğu şəxsin statusunun altında iki dəfə paylaşılsa da, xanım tərəfindən silinib.
Xanımın kimliyi və bəzi avropalı siyasilərin erməniləri niyə bu qədər “ürəkdən” müdafiə etməsinin səbəblərini açan sözügedən məktubu təqdim edirik:
“Uzun müddətdir ki, Qarabağ azərbaycanlılarının öz doğma yurdlarına qayıtması yolunda korrupsiya qatarı ilə möhtəşəm, təmtəraqlı eston qadın dayanıb.
Marina Kalyurand İrəvanda və Bakıda tanış adamdır, Estoniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, hazırda Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri postunu tutur.
Amma Marina hər şeydən əlavə, Qarabağ məsələsini diqqətdən yayındırmadan “Ermənistanla dostluq qrupuna” daxil edilib.
Azərbaycan və dünya mediasındakı çoxsaylı çıxışlara və nəşrlərə əsasən, Kalyurand mənəvi və əxlaqi motivlərlə deyil, birmənalı reputasiyaya malik insanların - “Ermənistanın avropalı dostları”ndan Vardan Sirmakes və "Ümumerməni xeyriyyə təşkilatı”ndan Belçika almaz kralı Kaspar Karapetyanın - ona müntəzəm olaraq ödədiyi yüksək qonorarla hərəkət edir.
Araşdırmaçı jurnalistlər estoniyalının çıxışları ilə onun debet kartı və Avropada banklarındakı hesablarındakı maliyyə qəbzləri arasında qəribə əlaqə aşkar ediblər. Elə bu günlərdə Kalyurand yenə işarə verdi...”