Putinin xəstəliyi ilə bağı məlumat məxfiləşdirildi: Vəziyyəti ciddiləşib?

13-02-2023, 18:58   


Putinin xəstəliyi ilə bağı məlumat məxfiləşdirildi: Vəziyyəti ciddiləşib?


Rusiya Prezidenti Vladimir Putinin onkoloq tərəfindən müayinə olunduğuna dair jurnalistlərin bundan əvvəl öyrəndiyi müqavilələr gizlədilib. Sənəd Rusiyanın dövlət satınalmaları saytından yoxa çıxıb. 

Cebhe.info xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Mərkəzi Kliniki Xəstəxana və Poliklinika ilə müqavilələri 2022-ci ilin sentyabrından əvvəl yoxa çıxıb. Onları axtarış vasitəsilə tapmaq mümkün deyil. Səhifəyə keçid zamanı müqavilə haqqında məlumatın dəyişdirildiyi yazılır: 

“Ona görə məlumat və sənədlər şirkətin rəsmi saytında yerləşdirilməməlidir”. 

Xəstəxana yoxa çıxan müqavilələrlə bağlı sualları cavabsız qoyur.

Qeyd edilir ki, Mərkəzi Kliniki Xəstəxanada Rusiyanın birinci şəxslərini müayinə edilir. Mərkəzi Tibb Mərkəzinin həkimləri mütəmadi olaraq Vladimir Putini Rusiya ətrafında səfərlərdə müşayiət edir. Rusiyalı müstəqil jurnalistlər dövlət satınalmaları ilə bağlı məlumatları təhlil edərkən məlum olub ki, Putini ən çox qalxanabənzər vəzin xərçəngi və LOR üzrə ixtisaslaşmış cərrah müşayiət edir.

Putinlə birlikdə ümumilikdə 6-13 mütəxəssis səyahət edir. 2022-ci ilin iyununda jurnalistlər Putinin xərçəngin inkişaf etmiş formasından müalicə kursu keçdiyini təsdiqləyiblər.

Baş Radiotezlik Mərkəzinin mütəxəssisləri Rusiya diktatorunun sağlamlığının kritik vəziyyəti ilə bağlı nəşrləri diqqətlə izləyir. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.