Kim Çendən vətəndaşlara SENSASİON təlimat: "Təcili adınızı dəyişdirin"

14-02-2023, 13:40   


 

Kim Çendən vətəndaşlara SENSASİON təlimat:

Son zamanlar verdiyi qərarlarla dünyanı heyrətə gətirən Şimali Koreya lideri Kim Çen Inın verdiyi son əmr vətəndaşları təəccübləndirib. 10 yaşlı qızı Ju-ae ilə eyni adı daşıyanları çağıran Kim Çen In onlardan bir neçə həftə ərzində adlarını dəyişdirmələrini istəyib.

Səlahiyyətlilər ölkə lideri Kim Çen Inın 10 yaşlı qızı Ju-ae ilə eyni adda olanları çağırıblar. Səlahiyyətlilər bu şəxslərə adlarını dəyişməyi tapşırıblar. Bildirilib ki, Ju-ae adlı şəxslər ölkədə araşdırma aparılır və onlardan adlarının dəyişdirilməsi tələb olunacaq.

Şimali Koreyanın Cənubi Pyonqan bölgəsinin yerli hakimiyyət orqanlarına da bir neçə həftə ərzində Ju-ae adlı qadınların adlarının dəyişdirilməsi əmri verilib.

Ölkədə liderin adı Jong-un və liderin həyat yoldaşı Sol-ju ilə eyni adları daşıyanların adlarının dəyişdirilməsi tələb olunub.

Kim Çen In 2022-ci ilin noyabr ayının sonunda qitələrarası idarə olunan raket sınağını izləyərkən qızı ilə ilk dəfə kameralar qarşısına keçib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.