Ictimai televiziyanın efir tarixinə daha bir uğursuz gün yazıldı. Ətrafına peşəkarları toplayıb telekanalda islahatlar apardığını iddia edən Cəmil Quliyevin dedikləri özünü doğrultmur. Daha bir fakt.
Dünən Ictimai televiziyanın “Carçı” proqramının 20.30 buraxılışında Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının Yasamal rayonunda dini qurumların rəhbərləri ilə görüşü barədə informasiyada biabırçı səhvə yol verilib. Tədbirin keçirilməsi, Mübariz Qurbanlının çıxışı, söylədiyi fikirlər barədə məlumatın yer aldığı diktor mətninin üzərində politoloq Mübariz Əhmədoğlunun hansısa mətbuat konfransından videogörüntülər yayımlanıb. Bu o deməkdir ki, bu kimi xəbərlərin hazırlanmasında orijinal deyil, arxiv materiallarından istifadə olunur ki, video səhv yığılıb. Üstəlik, siyasi biliklərin tələb olunduğu Xəbərlər departamentinin əməkdaşları nə Mübariz Qurbanlını tanıyırlar, nə də Mübariz Əhmədoğlunu. “Carçı”ya məsul şəxs olan direktor müavini Şaiq Məmmədov vəzifə borcunu gərəyincə yerinə yetirmir. Xəbər süjetləri yoxlanılmadan efirə çıxarılır. Bax, buna deyərlər özbaşınalıq.
Azadə