İRANDAN DAHA BİR DÜŞMƏNÇİLİK... - Vardanyana tribuna verdi + VİDEO

15-02-2023, 17:57   



Son vaxtlar erməni ekspertlərin Azərbaycan əleyhinə çıxışlarına səxavətlə yer ayıran İran mətbuatı bir qədər də irəli gedərək Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin rəhbərlərinə tribuna verib. Belə ki, fevralın 13-də İranın ən populyar qəzetlərindən biri sayılan “Şərq” qəzetində Xankəndidəki separatçı qurumun “dövlət naziri” Ruben Vardanyanla geniş müsahibə dərc olunub.

Bu barədə “Azad İran” “YouTube” kanalının süjetində bildirilir.

Süjetdə qeyd olunur ki, “İran Qafqazda sülh üçün daha fəal siyasət yürütməlidir” başlığı ilə nəşr edilən müsahibənin müəllifi, Azərbaycan əleyhinə ardıcıl çıxışları ilə tanınan beynəlxalq məsələlər üzrə ekspert Ehsan Movəhhediyan söhbətə yazdığı qısa girişdə Vardanyanı “Artsax dövləti”nin ali məqamlı təmsilçisi kimi təqdim edib. O, iki aya yaxın müddətdə Laçın dəhlizinin “Azərbaycan hökumətinə bağlı yarımhərbi şəxslər tərəfindən bağlandığını” və “Artsax”ın guya mühasirəyə alındığını iddia edərək vurğulayıb ki, bu mühasirənin taleyinin İranın Qafqazdakı milli maraqları ilə birbaşa və həyati əlaqəsi vardır.

Movəhhediyan həmçinin iddia edir ki, guya Azərbaycan hakimiyyəti Qarabağı ermənilərdən təmizləməklə təkfirçi, vəhhabi və İsrailə bağlı təhlükəsizlik qüvvələrini İranla həmsərhəd bölgədə yerləşdirmək, daha sonra Sünik vilayətini işğal edərək İran-Ermənistan sərhədini kəsmək niyyəti güdür.

Regionda gedən proseslərə bu şəkildə, yəni Azərbaycan düşmənçiliyi çərçivəsindən baxması başabəla ekspertin müsahibinə ünvanladığı suallarda da özünü göstərir, həmin sualların açıq-aşkar təhrikçi və təxribatçı xarakter daşımasını şərtləndirir.

Daha ətraflı “Azad İran” “YouTube” kanalının süjetində:




azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.