Təbrizin İran parlamentindəki nümayəndəsi, deputat Əhməd Əlirzabeygi bildirib ki, hökumət Təbrizin inkişafına mane olmaq üçün işini davam etdirir.
Onun sözlərinə görə, Təbrizin ətrafını ayırıb rayona, şəhərə çevirmək təklif olunanda bununla hökumət və parlamentdəkilər tez razılaşırlar:
“Təbrizin inkişafına mane olmaq, onu daha da kiçiltməyə çalışırlar. Bu bizə, təbrizlilərə xidmət göstərmək üçün edilmir. Bu addım Təbrizin inkişafına mane olmaq, onun ərazisini daha kiçiltmək üçün atılır”.
Tehran rejimi Azərbaycan ərazisini kiçiltmək, şəhərləri balacalaşdırmaq kimi pəhləvilərdən qalma ənənəni davam etdirirlər. İran hakimiyyəti uzun illərdir Güney Azərbaycanın Təbriz şəhərinin ərazisini kiçiltməyə çalışır.
Fars hökuməti indiyədək Güney Azərbaycan ərazilərindən kəsərək yeni əyalətlər yaradıb.
Politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında deyib ki, Güney Azərbaycana qarşı fars planı davam edir:
"Əlbəttə, uzun müddətdir, İranda Cənubi Azərbaycanla bağlı məqsədyönlü fars planları həyata keçirilməkdədir. Təbrizdən olan deputatın belə bir açıqlama verməsi üsyanın pik həddi kimi də dəyərləndirilə bilər.
Çünki fars molla rejimi bu addımları planlı şəkildə atır. İrana Cənubi Azərbaycanın inkişaf etdirilməsi onun yaxın gələcəkdə özünü müstəqil elan etməsi qədər təhülkəli görsənir. Buna görə də deputatın dediyi bu fikirlər çox önəmlidir.
Düşünürəm ki, fars rejimi təkcə Azərbaycan türklərinə qarşı deyil, həmçinin orada yaşayan bütün millətlərə bu cür assimilyasiya siyasətini aparır. Bu, iğtişaşlar fonunda edam etdiyi şəxslərdən görünür ki, rejim artıq azğınlaşmağa doğru gedir və bunun ən ağır zəbəsini də məhz Cənubi azərbaycanlılara vurmaq istəyir".
Naibə
Cebhe.info