Rusiya üç hissəyə parçalanacaq? - Putin NATO-un şərtləri ilə razılaşsa...

24-02-2023, 19:47   


 

Rusiya üç hissəyə parçalanacaq? - Putin NATO-un şərtləri ilə razılaşsa...

“Rusiya hakimiyyəti Qərbə cavab vermək üçün effektiv iqtisadi və strateji həll yolları tapıb”.

Bu barədə “Al Mayadeen” telekanalının yazarı İlyas Fərhad qeyd edib.

Fərhad Ukraynada 1990-cı illərdən bəri davam edən münaqişənin fonunu açıqladıqdan sonra bir sıra nəticələr çıxarıb:

“Rusiya prezidenti Vladimir Putin Rusiyanın milli təhlükəsizliyini qorumaqla, Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaqla öz məqsədlərinə çatmaq əzmindədir. NATO nəzəriyyəçiləri Rusiyanın üç yerə - “Moskva, Ural və Sibirə” bölünməsindən danışırlar. Putin də Ukraynada nüvə silahının görünməsinə imkan verməyəcək və hesab edir ki, bu, Qərbdən Rusiyanın varlığına birbaşa təhlükədir. Eyni zamanda, münaqişənin həlli üçün BMT tərəfindən heç bir diplomatik səyin olmaması çox əhəmiyyətlidir.

ABŞ NATO ölkələri ilə birlikdə hesab edir ki, Putinin şərtləri ilə razılaşsalar, o zaman Rusiya dünyanın ikinci qütbünə çevriləcək, Ukrayna və Baltikyanı ölkələrin anti-Rusiya çətiri çökəcək.

Birləşmiş Ştatlar amerikalı əsgərlərin həyatını xilas etməklə münaqişəyə yalnız maliyyə cəhətdən girir. Ən çox Ukrayna əziyyət çəkir, çünki həm hərbçilər, həm də mülki şəxslər ölür, onun əksər şəhərləri və infrastrukturu dağıdılır. Daha da önəmlisi odur ki, Ukrayna əhalisinin təxminən 40%-i ya Polşa, Çexiya, Rumıniya və digər ölkələrdə qaçqın düşüb, ya da ölkənin qərb bölgəsinə köçüb. Qərb mediası bu ağrılı faktı gizlədir, amma hər halda üzə çıxacaq”.

Onun sözlərinə görə, ümumi strateji tarazlıqda Rusiya üstün görünür və Qərbi dəf etməkdə iki təcrübəsi var:

“XIX əsrdə Bonapart və XX əsrdə Hitler - Rusiya onları strateji üstünlüklə məğlub etdi. Müharibə uzanacaq və hələ ki, nizamlanmaya dair heç bir işarə yoxdur. Qərb Rusiya iqtisadiyyatının çökməsinə və müharibənin əhali rasında yaradacağı narazılığa mərc edirdi, lakin Putin öz iqtisadiyyatını və Rusiya valyutasının sabitliyini saxlamaq üçün enerji resurslarından, xüsusən də qazdan məharətlə istifadə edir. Rus vətənpərvərliyi də artıb və Putin indi müharibənin əvvəlindən daha çox xalq dəstəyinə malikdir”.    /publika.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.