Rusiya sülhməramlılarının iştirakı ilə "Dağlıq Qarabağ" ermənilərinin və Azərbaycan nümayəndələrinin görüşü keçirilib.
Cebhe.info-nun məlumatına görə, bu barədə Ermənistan mediası açıqlama yayıb.
Qeyd edilir ki, Dağlıq Qarabağda istehlakçıların elektrik enerjisi və qaz təchizatının bərpasına dair razılıqlar əldə olunub.
Həmçinin, Rusiya hərbi kontingenti komandanlığının Laçın-Xankəndi yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası ilə bağlı danışıqları davam etdirilməsi üçün müzakirələri davam etdirdiyi xəbər verilir.
Müşfiq Abdulla
Cebhe.info